Küleyin yaddaşı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Küleyin yaddaşı

Yol üstdə ot-alaq var,
Addımlaram astaca.
Narın yağar mavi qar,
Naxış çəkər ustaca.

Xəyalın səmasında,
Ulduzlar halay vurar.
Ay üzlü simasında,
Baxışlar alay qurar.

Baxışlardan qızarar,
Bənizim.Dan yeri tək.
Külək məndən söz alar,
Sübhün gözəl şeri tək.

Oxuyarmı görəsən,
Dinləyəni olarsa.
Bəlkə dəsmal hörəsən,
Gözü yaşla dolarsa.

O gözlərin yaşının
Qurbanı mən olaram
Küləyin yaddaşının
Heyranı mən olaram.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 15:22:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu