Hardasa əsməmiş bir külək yatır,
Hardasa dənizdə lal həsrət batır.
”Səmalar durnanın uçan yeridir”
Şeir söz-çiçəyinaçan yeridir.
Dilin ucundadır atəşi,közü.
Bişirib çıxarar şair hər sözü.
Anlarını “Anlar”da əks etdirər,
Kədərini gözündə rəqs etdirər.
Hər şeir sözümün mabədi deyil,
Hər ürək məhəbbət mə`bədi deyil.
Analar önündə siz də diz çökün,
Çətindir daşımaq vallah,duz yükün.
Açılar üzünə qırxıncı qapı,
Qırılar fələyin sehirli sapı.
Bir durna görməyi arzulayan mən,
Bir durna səsinə qəribsəyən sən.
Arzum budur çətinlikdə sınanma,
Inanmırsan yuxulara,inanma.
Nə uzaqda xarı bülbül ağlasın,
Nə yaxında qəm dənizi çağlasın.
Sehrli yuxular tərsə yozulmaz,
Taleyin yazdığı yazı pozulmaz.
Insan gəlir ölüm ilə üz-üzə,
Hələ vardır bu dünyada “Möcüzə”
Pəncərədən baxan aya qapı aç,
Xəyalının səmasında qanad aç
Arzumdur söz atın sən dördnala çap,
“Axtar,bu dünyada yaxşıları tap”.
“Ağrımayan ürək verək biz ona”,
Nağıl kitabı da yetişdi sona.
Mənim də nağılım burada bitdi,
Hələlik,ay Reyhan,sağ ol mən getdim.
Kayıt Tarihi : 7.9.2018 08:10:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!