Cismim dönəcək torpağa,
Ruhum əzab çəkməyəcək.
Budaqdan qopmuş yarpağam,
Üstümə sis çökməyəcək.
Sən o qədər yaddaşıbsan,
Xatırlaya bilmirəm ki...
Sildim artıq yaddaşımdan,
Tənhalıqdan ölmürəm ki...
Məndən qaçdığın yol nəmli,
Bir kimsə adlayıb getməz.
Dayanmışam küskün, qəmli
Vüsal da hayıma yetməz.
Qorxmuram heç əzizlərim
Məni tənha qoyar birdən.
Seldən yuyular izləri,
Təbəssümüm donar birdən.
Atəşlərdə qovrulsam da,
Sonunda kül olmamışam.,
Külək ilə sovrulsam da,
Tikanlı gül olmamışam.
Kayıt Tarihi : 1.5.2022 15:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!