Bu dünyanın dərdi-qəmi,
Mənə qalıb deyəsən.
Nə olar ki bircə dəfə,
Qəlb qapısın döyəsən.
Soruşasan:-`Nə var, nə yox,
Mənim gülüm, necəsən.
Bilirəm ki qayğılar çox,
Yatırsanmı gecə sən.
Gözlərinin altı yenə,
Kölgələnib, qaralıb.
Bir diqqətlə baxım sənə,
Rəngin yaman saralıb.
Nə çəkirsən bu dünyanın,
Dağdan ağır dərdini.
Anla gülüm, bilməyəcək
Kimsə sənin qədrini.
Qaladığın bu atəşə,
Təkçə özün yanarsan.
Yaxınlaşma çox günəşə
Sonunda kül olarsan.
Kayıt Tarihi : 30.6.2018 13:27:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!