İntizar baxışlarım.
Sancılıbdır bir küncə.
Qaralan naxışlarım,
Həsrət qalıb sevincə.
Nə vaxtsa al olubdur,
Nə zamansa bəmbəyaz.
Indi qəmlə dolubdur.
Payız ömrə gəlməz yaz.
Indi mənim ümidim.
Suya düşmüş gül kimi.
Vidalaşaq, mən gedim,
Arzularım kül kimi.
02.01.2019
Kayıt Tarihi : 4.1.2019 07:31:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!