Daim qanad çalır, sanki humadır,
Parlayır, libası çün zər-zibadır.
Məhəbbət elə bir ahənrübadır,
Cavanı,qocanı özünə çəkir.
Nə şaxta, nə boran soyutmaz məni,
Acı xatirələr ovutmaz məni.
Uzaqda olsa da unutmaz məni,
Şəklimi tutyə tək gözünə çəkir.
Eh, həsrət qalmışam dosta, yoldaşa,
Qayıda keçmişim geri. Yol daşa.
Yenə əvvəlki tək çətin yollaşa,
Mənim kəlamımı sözünə çəkir.
Bir gözəl sevmişdi Sevinc adında,
Görəsən o günlər qalıb yadında?
Yandırmaq istəyir sanki odunda,
Hey dilə tutuban közünə çəkir.
Kayıt Tarihi : 5.8.2021 06:47:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!