Deyəsən qulağım düşübdür səsə,
Torpaq yollar ilə gedirəm kəsə.
Ayağımda çarıq, əlimdə əsa
Səni yer üzündə axtarıram mən.
Sarıbdır qəlbimi xoş həyəcanım,
Yorğunam, qalmayıb heç yarı canım.
Anam tək sevdiyim Azərbaycanın,
Çölündə, düzündə axtarıram mən.
Məhəbbət mələyi səmadan enməz,
Ürək sevdiyindən ayrılmaz, dönməz.
Qəlbimin atəşi heç zaman sönməz,
Odunda, közündə axtarıram mən.
Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!