Yer üzünün əşrəfiyəm,naxşıyam,
Kainatın sonsuzluğa baxşıyam.
Elə hey deyirdim şükür yaxşıyam,
Deyəsən gözlərim özümə dəydi.
Niyə əyri güzgülərə baxırsan,
Öz-özünü yandırırsan, yaxırsan.
Ildırım tək başım üstdə çaxırsan,
Qığılcımın gəlib közümə dəydi.
Nə qəlbi inlədən tar-kamanım var,
Nə vəsli gözləyən vaxt-zamanım var.
Daha nə taqətim, nə amanım var,
Səbrin son gülləsi dözümə dəydi.
Kayıt Tarihi : 21.9.2019 14:46:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!