Yenə qaranlıqdır sevda ölkəsi,
Həsrətin yamanca ərinməz olub.
Hicranın üstünə düşüb kölgəsi.
Vüsalın özü lap görünməz olub,
Kim deyir ayrılıq ürəyi sıxmaz,
Şaxta-boranıyla, qar-qışlarıyla.
Bu gecə boğular, sabaha çıxmaz,
Qadın axıtdığı göz yaşlarıyla.
Hərə bir tərəfdən gəlir üstümə,
Qalmışam altında söz yağışının.
Düşmən yığılacaq korun tüstümə,
Çalmışam altundan köz yağışını.
10.06.2018
Kayıt Tarihi : 16.7.2018 07:14:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!