Içirtmə sözlərini,
Uçurtma közlərini.
Qaçırtma gözlərini,
Qan su təki axacaq.
Anasız köşək kimi,
Yorğansız döşək kimi.
Ayrılıq şimşək kimi,
Başın üstdə çaxacaq.
Alınıb hicrin hovu,
Uğursuz oldu ovu.
Bu sevginin alovu,
Yandıban yaxacaq.
Unudub nifrət, kini,
Çalacaq sarı simi.
Ulduzu medal kimi,
Sinəsinə taxacaq.
Atəş vüsal, köz vüsal,
Hicranıma döz, vüsal,
Bilsən, alagöz vüsal
Göy üzündən baxacaq.
Kayıt Tarihi : 12.3.2020 14:02:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/03/12/koz-vusal.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!