Kim deyir ürəkdə qəmim olmayıb,
Ayrılıq vüsala qənim olmayıb.
Fərəhdən, sevincdən kəmim olmayıb?
Bəzən heyran edər öz misralarım.
Qızılgül qönçəsi sübh aça bilər,
Ətrindən həsrət də gen qaça bilər.
Bircə oxunuşdan od saça bilər,
Yandırar dünyanı köz misraları.
Ah çəksən dumanım, çənim də olar,
Tökülər telimə, dənim də olar.
Hərdənbir özümə qənim də olar,
Üşüdər qəlbimi söz misraları.
Kayıt Tarihi : 1.7.2018 10:30:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!