Köz kiresi isteyir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Köz kiresi isteyir


Bir nəfər var: həm simic, həm tamahkar,
Qış günündə alammazsan ondan qar.
Aşaraq daşsa da onda dövlət-var,
Xoşladığın göz gorəsi istəyir.

Bir kimsəyə verməyir ki xeyir o,
Səhər-axşam doymayaraq yeyir o.
“Dünya-aləm mənim olsun “-deyir o,
Gördüyündən göz kirəsi istəyir.

Baş açmazsan söhbətindən , sözündən,
Biclik yağar göy hiyləgər gözündən.
Doymayır ki bu boyda yer üzündən,
İlahidən göy kürəsi istəyir.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu