Bu zülmətdə günəş çətin.
Işığını saçacaq.
Eh, olsam da cəsur, mətin,
Vüsal uzaq qaçacaq.
Haqq sözümün duyğusunu,
Ürəyimdə yaşatdım.
Gözlərimin uyğusunu,
Şeirəcə boşaltdım.
Qayıt geri, qadan alım,
Küsmə quru söz ilə.
Sən yandırdın məni zalım,
Öləziyən köz ilə.
Kayıt Tarihi : 8.11.2019 07:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!