Dili yox, laldı ,Allah,
Yağılar aldı, Allah.
Kimlərə qaldı, Allah
Sevgi dolu xəzinəm.
Yol gedər əliyəcən,
Ovlayan dəliyəcən.
Üşüdər iliyəcən,
Geyindirmə xəzi nəm.
Görəndə su, ürəyim.
Köksünü yu, ürəyim.
Mən sənin qu ürəyin,
Qoruyucu xəzinəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 6.7.2019 16:56:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/07/06/koruyucu-xezinem.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!