Arxı aşa bilmədim ki,
Axınlaşa bilmədim ki.
Yaxınlaşa bilmədim ki,
Tikanlısan.kirpi kimi.
Mənə hamıdan əzizdin,
Qəlbi nəğməli dənizdin.
Bir zamanlar saf, təmizdin,
Göz açmamış körpə kimi.
El gözündə bilmədin ki,
Od-közündə bilmədin ki.
Eh, özün də bilmədin ki
Yandırdığın körpü kimin.
Kayıt Tarihi : 25.1.2021 07:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!