Bu dünyay şən baxdım,
Düşmənləri mən yaxdım.
Sular ilə tən axdım,
Durum-durum duruldum.
Uzanılı qol kimin,
Yaşıllaşan kol kimin.
Şərqə gedən yol kimi,
Burum-burum buruldum.
Boğulmuş qəhər təki,
Açılmış səhər təki..
Ən gözəl şəhər təki,
Qurum-qurum quruldum.
Payızın xəzanından,
Sarıya yozanından.
Ayrılıq ozanından,
Yorum-yorum yoruldum.
Qurban yarın adına,
Düşürəmmi yadına.
Yandım hicran oduna,
Korun-korun kor oldum.
Kayıt Tarihi : 17.10.2021 16:37:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/10/17/kor-oldum-7.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!