Almaz vecə, nur yanar,
Gündüz-gecə qur, yanar.
Gör necə də gur yanar.
Xatirələr ocağı.
Qalmaram söz altında,
Atəşim köz altında,
Qalıbdır gözaltında,
Həsrətin kor bucağı.
Ümid çəkisindədir,
Rəngləri əksindədir.
Fərəhin köksündədir
Qəmin qurtaracağı.
Kayıt Tarihi : 25.4.2018 18:57:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!