Aramışda xətir-hörmət varıymış,
Ayrılığın üzü yenə bəridir.
Etibarı təpələrin qarıymış,
Bircə anlıq günəş çıxdı, əridi.
Ilk görüşün dadı hələ damaqda,
Son görüşə buludlar da çağladı.
Təbəssümün donub qalıb dodaqda,
Ayrılığa ümidlər də ağladı.
Sənin ömrün yarıdaca qırıldı,
Mənim ömrüm uzandıqca uzandı.
Vüsal yenə kor bucağa qısıldı,
Zalım fələk bəxti qara yazandı.
28.06.2018
Kayıt Tarihi : 1.7.2018 10:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/07/01/kor-bucaga-qisildi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!