Könüle Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Könüle

Köhnə dostum, gəl oturaq diz-dizə,
Olanlardan, keçənlərdən danışaq.
Çoxdandır ki gəlməyirik üz-üzə,
Haqq dünyaya köçənlərdən danışaq.

Xatırlayıb ötənləri birbəbir,
Danışaq ki ruhlarını şad edək.
Bizim doğma elimizdir Kürdəmir,
Dost-tanışı, qohumları yad edək.

Yada salaq ötüb keçən gəncliyi,
Yadındamı gəzdiyimiz məkanlar.
Zaman aldı əlimizdən dincliyi,
Bağlanıbdır o bazarlar, dükanlar.

Hərəmizin öz cığırı, öz izi,
Sevdiyinlə xoşbəxt oldun sonda sən.
ŞükürTanrım qovuşdurdu ki bizi,
Sevincimdən uçuram göylərdə mən.

Ayrı saldı zəmanənin küləyi,
Sən o yanda, mən bu yanda yaşadıq.
Adın ilə birgə vurdu ürəyim,
Bir elliyik, həm də ki bax, yaşıdıq.

Bir də bizə yaxın gəlmə, şər, aman
Evimizdə bərəkət, ruzimiz var.
Qocalsaq da qəlbən gəncik hər zaman,
Çox şükür ki oğlumuz, qızımız var.

Yavaş-yavaş illər ömrü rəndələr,
Yavaş-yavaş yaşa dolub qocallıq.
Xoşbəxt olsun sevdiyimiz bəndələr.
Onlar ilə birgə biz də ucallıq...

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 05:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu