Ürəyimə al yazılı ad düşür,
Ayrılığı fərəhimə yad düşür
Atəşindən ocağıma od düşüb,
Ümidlərim indi param-paramdır.
Uzaqlaş, qəlbimlə məni tənha qoy,
Dərdimlə az oyna, göz yaşımdan doy..
Özgələrin halalıdır şənlik, toy,
Deyib-gülmək təkcə mənə haramdır.
Yaşam həyat ilə davadır, cəngdir,
Hər döyüş havası ölümə zəngdir.
Axar sular niyə qırmızı rəngdir?
Qan ağlayan mənim könül yaramdır,
24.01.2019
Kayıt Tarihi : 26.1.2019 15:01:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!