Könül simi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Könül simi

Salam səhər qardaşım,
Salam günorta bacım.
Sizlərə vardır mənim
Nə qədər ehtiyacım.

Sərin, qərib axşam da ,
Yaxın dostum, sirdaşım.
Gülümsəyib baxsam da,
Köksünə axır yaşım.

Siz mənim dərd anlayan,
Mehriban dostlarımsız.
Şəlalətək çağlayan,
Şeir tək tostlarımsız.

Unutmaram sizləri,
Siz də unutmayın heç.
Sən ey qaranlıq gecə,
Mənim günahımdan keç.

Olsam neçə yol xəstə,
Tək səni oyatmışam.
Baş qoyub sinən üstə,
Qana-tərə batmışam.

Ikimiz də dost kimi,
Əl-ələ tutuşmüşuq.
Uzaqlaşdırıb kini,
Kədəri unutmuşuq.

Sevirəm mən sizləri,
Ilin dörd fəsli kimi.
Dolacaqdır gözlərim,
Çalanda könül simi.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!