Könül penahı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Könül penahı

Tufan qopdu, batırdı ağ gəmimi,
Hey çıxıldım.tapammadım cəmimi.
Sol tərəfdə mən durmuşam səmimi
Düşmən ilə doludur sağ cinahın.

Çətində də qamətini əymədin,
Halal ömür sürdün, haram yemədin.
Bircə dəfə danışmadın, demədin,
Görək nəymiş dostum, sənin günahın.

Rəqib çətin gözlərimdən yayına,
Eh, oturum haqsızların vayına,
Görürsənmi, yetəmmirik hayına,
Tanrı olsun, dostum, könül pənahın.

Yaraşıqsan.Uca qamət, hündür boy,
Qismətindir günün biri gözəl toy.
Dağa-daşa, biyabana getsin qoy,
Gözüm dolur, azaca çək gəl sən ahı.

Sevinc Arzulu
Kayıt Tarihi : 25.2.2021 04:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu