Mənim könül duyğularım,
Doğulur öz içimdə.
Neçə-neçə rəngi vardır,
Hərəsi bir biçimdə.
Paklıq qar tək parlaq, bəyaz,
Nifrət sarı rəngdədir.
Könlümdəki saf duyğular,
Sularla ahəngədir.
Vurğunuyam bu aləmin,
Neçə cür hiss yaradır.
Azalmayan dərdi-qəmin,
Rəngi zülmət qaradır.
Qırmızı rəng sevgi gücü,
İnsanlığın rəmzidir.
Mavi rəng dünya sevinci,
Könlümün dənizidir.
Uca Tanrıya sevgimin,
Rəngi tünd yaşılıdır.
Sevinc incə, saf hissini,
Ürəyində yaşadır.
Kayıt Tarihi : 30.6.2018 13:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!