Elə alışmışam tənhalığa
Yarasa qaranlığa alışan kimi,
Elə alışmışam səssizliyə
Ölüm sükuta alışan kimi,
Tənhalıq nəğməsi ürəyimdə bəslənir,
Qulağımda səslənir.
Daha qaçıram qələbəlikdən,
Daha qaçıram çoxluqda.
Elə süstlüyə,elə tənbəlliyə,
Elə səssizliyə heyran olmuşam ki
Gecələr sabaha kimi
Qızılgülün bağrında
Jaləyə keşik çəkən bülbül kimi,
Elə heyran olmuşam
Özümlə söhbət etməyə
İstəmirəm harasa getməyə,
Elə tənbəl olmuşam dənizlə
Səmayla,sahillə söhbət etməyə,
Alışqan olmuşam səssizliyə, kimsəsiliyə, təkliyə.
Saxtakarlardansa,
Riyakarlardansa
Çəkilim öz tənha otağımın küncünə
Ordan seyr edim
Günəşin doğmasını
Ayın çıxmasını,
Ulduzların sayrışmasını.
Bu ruhuma huzur verir,
Könlümə nəğmə oxuyur
Tənhalığın nəğməsini
Səssizliyin şirinliyinin dadını,
Tamını, ləzzətini gətirir
Gözümə,könlümə,evimə
Mənim Könül dünyama.
Kayıt Tarihi : 19.6.2023 20:28:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
saygılar
TÜM YORUMLAR (1)