Əlim Tanrı kitabında,
Diləyə arzu axtarır.
Dərd fələyin girdabında,
Boğulmağa su axtarır.
Istəyirəm arzu gülüm,
Açsın, bir daha solmasın.
Hamı tək danışım, gülüm
Gözüm yaş ilə dolmasın.
Ay ürəyim, nolar, dincəl,
Sürət ilə getmə daha.
Bir az macal versin əcəl,
Könül açıram Allaha.
Deyirəm ey qadir Allah,
Mehribanım, ulu Tanrım.
Sənsən dar günümdə pənah.
Yalnız sənə minnətdaram.
Bunca sevgi verdiyinçün,
Belə gözəl qəlbə görə.
Məni belə sevdiyinçün,
Minnətdaram milyon kərə.
Imtahan hesab edirəm,
Bu kədəri, iztirabı.
Gecə-gündüz yol gedirəm,
Dərgahına çatım barı.
Bilirsən, hər imtahandan,
Üzü, alnı ağ çıxmışam.
Hər cür qadadan, bəlada
Ölməmişəm, sağ çıxmışam.
Hər göz yaşı ağ mirvari,
Çəkdiyim ah çən-dumandır.
Xoşbəxt olsun ömür barı,
Özlədiyim tək gümandır.
Sənin sevgin qəlbimdədir,
Ağladar da için-için.
Sarı simi qəlb inlədir,
Qəm şərbətin içim-içim.
11.11.2018
Kayıt Tarihi : 16.11.2018 16:14:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/11/16/konul-aciram-allaha.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!