Hərdən leysan olur gözümün yaşı,
Azalmır bəs nədən qəmi könlümün.
Dərdlə rastlaşıram hər addımbaşı,
Sevincdir,fərəhdir kəmi könlümün.
Kim deyir sevənin qəlbi daş olar,
Sevgisi könlündə almaz qaş olar.
Ulduz tək parıldar,daim yaş olar,
Qurumaz gözünün nəmi könlümün
Bülbül öz sözünü sübh çağı deyər,
Dolaşar al güllü bir bağı,deyər.
Çalınsa qəm simi min ağı deyər,
Həm zili,həm də ki bəmi könlümün.
Kayıt Tarihi : 14.6.2018 20:04:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!