Köçəri durnalar elə dönübdür,
Saçlarım ağappaq telə dönübdür.
Bir qəmli nəğmədən selə dönübdür,
Neynəyim, qurumur gözümün yaşı.
Kəsilmək bilməyən leysan kimiyəm,
Özgəyə verilən ehsan kimiyəm.
Ikiyə bölünmüş insan kimiyəm,
Dərdimi anlamaz hər nadan, naşı.
Yenə göy üzünü alıb duman, çən,
Sis-duman içində ah çəkirəm mən.
Yadıma düşəndə artıq yoxsan sən.
Od tutub alışar könlümün başı.
Kayıt Tarihi : 29.6.2018 09:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!