Könlüm uçdu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Könlüm uçdu

Bir bax kimlərə sələfsən,
Elə indidən tələfsən.
Sonda gördüm naxələfsən,
Könlüm keçdi.Mən keçmədim.

Sən dünyanın harasında,
Bəlkə gözün qarasında...
Bunca igid arasından,
Könlüm seçdi.Mən seçmədim.

Tanrım, göstər qüdrətini,
Artır şeir sərvətimi.
Vüsalın bal şərbətini
Könlüm içdi.Mən içmədim.

Çox göstərər kəmi sini,
Sürmə eşqin gəmisini,
Əğyarın dərd zəmisini,
Könlüm biçdi.Mən biçmədim.

Su durular sel axınca,
Göz qaralar hey baxınca.
Gedən yarın arxasınca,
Könlüm uçdu.Mən uçmadım.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 08:33:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu