Kölgemi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kölgemi


Kölgəmi tapdayan ayaq izisən,
Ya mən qıraq durum, ya da sən çəkil.
Sən mənim Ayımın oyaq üzüsən,
Ya mən rəsm olum, ya da sən şəkil.

Aldığım zərbələr göyərmir nədən,
Elə diş-diş olub batır sinəmə.
Ümidlər gözümə heç dəymir nədən,
Eləcə kül olub yatır sinəmə.

Dolaşıq fikirlər didir bağrımı,
Üzüm günəşədir, küləyə deyil.
İlahi, sən götür könül ağrımı,
Haqsız söz ox olub ürəyə dəyir.

Elə itirmişəm indi özümü,
Ayağım hardadır, başım hardadır.
Qarışdır od alsın, dindir közümü
Bilmirəm gözümün yaşı hardadır.

Düşərək ocağın üstünə bəlkə,
Qəfildən diksinib “cız” edəcəkdir.
Bilirsən, salmaram tüstünə kölgə,
Ətiri qəlbimi buz edəcəkdir.
11.11.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu