Kölge tek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kölge tek

Buludlar rast gələ şıltaq küləyə,
Yenə də başıma yarpaq ələyə.
Mən nə eyləmişdim zalım fələyə,
Ən gözəl günləri seçdi ömrümdən.

Ayrlıq vüsalı aman, daladı,
Fərəhi, sevinci yaman taladı.
Sənsizlik qəlbimi oda qaladı,
Ağrı da, əzab da heçdi ömrümdə.

Zirvəyə dost idin, buluda yardın,
Səmadan ələnən ağappaq qardın,
Nə yaxşı, əzizim, bir zaman vardın,
Nə yaxşı kölgə tək keçdin ömrümdən.

Sevinc Arzulu
Kayıt Tarihi : 22.10.2020 06:46:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu