Kölge Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kölge

Mənim işıq həyatımdan qaranlıq bir kölgə kimi keçib getdin.
Qapqaranı bu dünyada istəyərək, bilə-bilə seçib getdin.
Kölgə adın nur ömrümə damla ziya salmadı heç,
Mənim parlaq yaddaşımda acı riya qalmadı heç.
Elə keçdin, elə getdin izinsə də düşmədi,
Amma ötən o bircə il ağrısız ötüşmədi.
Sənlə bağlı ağrım-acım yaman tez yaddan çıxdı,
Tüstülənən könül evim əbədi oddan çıxdı.
Həm adımdan, həm yadımdan silindin sən,
Riyakardın, yalançıydın.Bilindin sən.
Indi durub keçmişimə acı-acı baxıram mən,
Eşqin mavi dənizinə təmiz su tək axıram mən.
Daha mənim ürəyimdə ,inan, sənə yer də yoxdur,
Rastalaşarsaq günün biri mənim qısa salamım da
sənin üçün ,vallah, çoxdur.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 17:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu