Sən könlümün güman yeri,
Atma addımını geri.
Nə olar ki günün biri,
Xatirənə kölgə olma.
Dərdə əlacsan,dərmansan,
Karvanıma sən sarvansan..
Istiqanlı, mehribansan,
Soyuq, qarlı bölgə olma.
Yad qapısın heç vaxt döymə,
Qürrələnib özün öymə.
Düşmənlərə boyun əymə,
Məğlub, məzlum olkə olma.
Kayıt Tarihi : 9.12.2020 10:20:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/12/09/kolge-olma.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!