Köklənmişəm qəhər üstdə,
Sorma “Niyə? Neyçün?” -dağlar.
Bir qaragöz kəhər üstdə,
Sinənizdən keçim, dağlar.
Yenə çəkirsən eşməni,
Qurudarsan gur çeşməni.
Ömür keçir,dost-düşməni,
Bir de, necə seçim, dağlar.
Bax qəlbimin yarasına,
Xala dönmüş qarasına.
Lalələrin arasına,
Əbədilik köçüm, dağlar.
Kayıt Tarihi : 8.1.2023 16:25:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!