Köçüb gelmisin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Köçüb gelmisin

Dəli, gur selləri axın bilmədin,
Dənizi əziz dost seçib gəlmisən.
Gündüzü ruhuna yaxın bilmədin,
Gecənin içindən keçib gəlmisən.

Sən məni yaşadan odlu nəfəsdin,
O fani dünyaya bağlayan kəsdin.
Yanıma gəlməyə nahaq tələsdin,
Əcəl şərbətin tez içib gəlmisən.

Məhəbbət selində axmayan gülüm,
Qəlbini atəşə yaxmayan gülüm,
Bir dəfə üzümə baxmayan gülüm,
Yanıma əbədi köçüb gəlmisən.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 10:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu