Köçüb gedeceyem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Köçüb gedeceyem

Hökmünü oxuyub-linç yaşamağa,
Qıymaz ki balaca künc yaşamağa.
Xatirən qoymayır dinc yaşamağa,
Köçüb gedəcəyəm mən bu şəhərdən.

Səni xatırladır hər dalan, hər tin,
Olmadan yaşamaq çətindən çətin.
Düşüncəm ciddidir,qərarım qəti
Köçüb gedəcəyəm mən bu şəhərdən.

Gözümün önündə qəm təbəssümün,
Şeh kimi işıldar nəm təbəssümün,
Üzümdən əbədi kəm təbəssümüm,
Köçüb gedəcəyəm mən bu şəhərdən.

Sirrimi ulduza, aya deyəcəm,
Sözümü dənizə, çaya deyəcəm.
Kiçik baş daşına qaya deyəcəm,
Köçüb gedəcəyəm mən bu şəhərdən.

Ayrılıq axtarıb cahil aradı.
Hicranın telini həsrət daradı.
Ulduzu işıqsız, günü qaradı,
Köçüb gedəcəyəm mən bu şəhərdən.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu