Yığıb içimdəki qüssəni-qəmi,
Özümdən ayrılıb köçmək istərəm.
Uzaqdan seyr edib fani aləmi,
Arxa qapısından keçmək istərəm.
Eşq hissi həmişə ali olub da,
Könül sarayında vali olub da.
Dünyanın işindən hali olub da,
Yaxşını yamandan seçmək istərəm.
Nə ləzzət alarsan üzüm kalından,
Heç doya bilməzsən beçə balından.
Bezib bu aləmin qeylü-qalından,
Dünyadan kosmosa köçmək istərəm.
12.08.2014
Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:47:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!