Duyğularım ləpələnib,
Alınacaq öc kimidir.
Xatirələr səpələnib,
Yolda qalan köç kimidir.
Həyat bəzən çox gülməli,
İnsanlarmı yoxsa dəli.
Dövran bir az səriştəli,
Dünya bir az heç kimidir,
Bir ayrıllıq küləyindən,
Ayrı düşdü mələyindən.
Öz bəxtindən, taleyindən
Yarıyanı seç.Kim idi.
Yaman unudub sözünü,
Yalan uyudub gözünü.
Necə qurudub özünü.
Vəzifəsi seçkilidir.
Olmadın ki sayıq, dostum
Suda batmaz qayıq, dostum.
Bir azacıq ayıq dostum,
Bir azcıq içkilidir.
Kayıt Tarihi : 23.12.2021 07:24:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/12/23/koc-kimidir.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!