Acı sözdən sancır mənim dalağım,
Sakitliyə möhtac həssas qulağım.
Günü-gündən gurlaşır şeir bulağım,
Diş göynədən saf suyundan iç görüm.
Yavaş-yavaş çəkilir bəyaz tülüm,
Bir az keçsin.cəh-cəh vurar bülbülüm.
Mühasirə eyləyiblər al gülü,
Yolundakı tikanları biç görüm.
Aqil insan xoş simasından bəlli,
Adil insan kömək edər ikiəlli.
Acizlərsə lətifə,qaravəlli.
Ilk baxışdan gəl onları seç görüm.
Heyfslənmə sən olana,ötənə.
Heç inanma əzizim.hər yetənə.
Hey deyirsən bağlıyam bu Vətənə,
Onun üçün şirin candan keç görüm.
Xoşlamıram,heç sevmirəm minnəti,
Gərək görək bu dünyada cənnəti.
Sevinc,uca tut şeiri,sənəti.
Şair kimi ürəklərə köç görüm.
Kayıt Tarihi : 11.6.2018 10:31:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!