Dünyanın ən gözəl bölgəsi altda,
Insan təbiəti pasiban sanar.
Salxım söyüdlərin kölgəsi altda,
Zəmanə özünü qəriban sanar.
Mən də qəribanam zəmanə kimi,
Ağrımı-acımı kimsə bilməyir.
Gəzmirəm çölləri divanə kimi,
Onsuz göz yaşımı kimsə silməyir.
Tənha ürəyimlə qalıb baş-başa,
Uzaq künc gəzirəm çölün düzündə.
Yenə estafeti verir yaş yaşa,
Köç edib gedirəm bu yer üzündən...
Kayıt Tarihi : 27.11.2019 07:38:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!