Kızıma şiir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kızıma şiir

Üzünü-gözünü bəzəyən ağ nur,
Geydiyin gəlinlik donundan düşüb.
Kim deyir fərəhin göz yaşı olmur,
Eh,ötən günlər gör necə ötüşüb.

Qapıdan çıxanda boylandın geri,
Gözündə bir damci yaş parıldadı.
Ata ocağında görünər yerin,
Tacına taxdığın qaş parıldadı.

Başından düşməsin xoşbəxtlik tacın,
Olmasın ömründə nə kədər, nə qəm.
Yağışla yuyulsun hər ağrın-acın,
Üzünə açılsın sehrli aləm.

Çalınır “Vağzalı”, ağlayıram mən,
Atan da sakitcə sükuta dalıb.
Həsrətin yolunu bağlayıram mən,
Qəlbimi hicranın qorxusu alıb.

Keçir göz önündən kinolent kimi,
Şirin körpəliyin,uşaqlıq çağın.
Əlinə toplayıb qəzəbi, kini
Hünər göstərdiyin qoçaqlıq çağın.

Böyüdün, gülərüz pəriyə döndün,
Doğma yurdumuzun gözəli oldun.
Bir gün də “yox”sözün “həri”yə döndü,
Ananın şeiri, qəzəli oldun.

Mən sizə xoşbəxtlik, qızım,dilərəm
Sürəsən ərinlə bəxtəvər ömür.
Həyat yoldaşını oğlum bilərəm,
Alova çevrilən məhəbbət ölmür.

Oğlunun, qızının əlindən tutub,
Bir zaman gələrsən sən evimizə.
Kədəri.qüssəni artıq unudub,
Körpələr səsindən şən evimizə.

Yığılar başıma bütün nəvələr,
Sənin, qardaşının şən körpələri.
Şeirli, nağıllı olar nənələr
Onlar məni sevər, mən körpələri.

Yarəbbim, sən məni arzuma yetir,
Şirin ümidlərim gerçəyə dönsün.
Özünlə, ay ilim, toy-nişan gətir
Həsrətin işığı, ziyası sönsün.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.3.2020 13:00:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu