Ömür yolu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ömür yolu

Bilirəm, o səninçün,
Kişilik simvoluydu.
Gözləri, ürəyi də,
Sevgi ilə doluydu.

Nə deyim ki fələyə,
Tezcə saldı tələyə.
Ruhu dönüb mələyə,
Təbəssümdən boluydu.

Durardı sübh azannan,
Işi yoxdu pozannan..
İlahiyə uzanan,
Onun qoşa qoluydu.

Yaxşılarla yarışaq,
Qaynaşıban qarışaq.
Olanlarla barışaq,
Bu yol ömür yoluydu.

Bənzər görcək karıxan,
Yarı sultan, yarı xan.
Sənin üçün darıxan,
Bədəninin soluydu.
03.04.2023.

Sevinc Arzulu
Kayıt Tarihi : 4.4.2023 14:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!