Qəm otarar quzumuzu,
Gün əritməz buzumuzu.
Olub-qalan ruzimizi,
Qar-boranlı qış udası.
Isti yayı anacaqsan,
Sibirdəsən-sanacaqsan.
Soyuğunda donacaqsan,
Şaxtalıdır qış odası.
Dərd fərəhə yarımır heç,
Yar yarıyla qarımır heç.
Neçə ildir ərimir heç,
Qəlbindədir qış adası.
Kayıt Tarihi : 12.12.2018 15:04:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!