Kimseye deme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3694

ŞİİR


27

TAKİPÇİ

Kimseye deme

Göz açıb gördüyün güllü baharsa,
Bəxtinə düşənin alagöz yarsa.
Üzünü ayrılıq alovu qarssa,
Yazığın gəlsə də taleyi kəmə.
Səni sevməyimi kimsəyə demə.

Somsoyuq daş üstə adımı oyma,
Mənli xatirədən usanıb doyma.
Həsrəti, hicranı yaxına qoyma,
Yenə də köklən sən o xoşbəxt dəmə.
Səni sevməyimi kimsəyə demə.

Qoyma ki gül üzün kədərdən solsun,
Yamyaşıl gözlərin qüssədən dolsun.
Üzündə həmişə təbəssüm olsun,
Mənim yoxluğumda batma heç qəmə.
Səni sevməyimi kimsəyə demə.

Namərdin sözünü külək duyası,
İzini-tozunu yağış yuyası.
Həqiqət olsun qoy əhdin mayası,
Halalı harama qatıb da yemə.
Səni sevməyimi kimsəyə demə.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.5.2025 06:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!