Günəşin işığı bozarda bilməz,
Həyatın gedişi sozalda bilməz,
Nə yağış, nə külək azalda bilməz,
Titrəyən əlimin hərarətini.
Şerimin rəsmini gecə çəkirəm,
Almıram yuxunu vecə, çəkirəm.
Bir kimsə bilməyir necə çəkirəm,
Bitməyən zülümün həqarətini.
Sevənlər güllərdən çələng toxuyar,
Qızılgül həmişə ətir qoxuyar.
Qayıt gəl, əzizim birgə oxuyaq,
Ayrılıq ilimin nəqarətini.
Kayıt Tarihi : 15.1.2020 06:58:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!