Şimşək tək çaxdığı yadından çıxıb,
Yad kimi baxdığı yadımdan
Yandırıb yaxdığı yadından çıxıb.
Əyilib su içdim eşqin gözündən.
Həsrətin havası eynimdə gəzir,
Içimi tapdayır, könlümü əzir.
Biz buyruq quluyuq, durruq müntəzir,
Kim çıxa bilər ki eşqin sözündən.
Ayrılıq özünü yetirdi vaxtsız,
Yenə məğlub oldu vüsalın baxtsız.
Kimimiz haqlıyıq, kimimiz haqsız,
Soruşmaq lazımdır eşqin özündən.
07.05.2019
Kayıt Tarihi : 9.5.2019 11:11:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!