Dünya nədən gedər böylə,
Yenə qara geyər göylər.
Əl vursan min ağı söylər,
Kövrək, sarı siməm, gülüm.
Qəmdən uzaq qaçmaram mən,
Yada qucaq açmaram mən.
Sel də gəlsə uçmaram mən,
Qaya tək bərk himəm, gülüm.
Qəm suyundan içən ömrüm,
Dərd zəmisin biçən ömrüm.
Sən mənimçün keçən ömrüm,
Mən səninçün kiməm, gülüm.
Kayıt Tarihi : 30.6.2018 13:44:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/30/kimem-gulum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!