KİMƏM MƏN
Sən gözümün səhvini,
De, harada tutmusan.
Istəməzdim məhvini,
Kiməm mən, unutmusan.
Bilirsən, dediyimi
Yeridənin biriyəm.
Zəhrimar yediyini.
Yürüdənin biriyəm.
Mən hər zaman haqlıyam,
Doğru-dürüst insanam.
Qaralı-qonaqlıyam.
Dosta çox mehribanam.
Fikrimdən barınmadın,
Oda-alova düşdün.
Doğruya yarınmadın,
Yalan ilə öpüşdün.
Sənin bütün həyatın,
Yalan içində keçdi.
Çağırılıb bayatın,
Geriyə dönmək gecdi.
Amma belə deyildi,
Neçə il bundan əvvəl.
Sən avara, veyildin,
Mənsə birinci gözəl.
Neçəsin yoldan etdin,
Öz şirin sözlərinlə.
Vəd verib sonra getdin,
Yandırdın közlərinlə.
Artıq üzünü qırış,
Basıb.Qocalmısan sən.
Mənimçün qəpik-quruş,
Səndən öc almışam mən.
Üstünə yağar leysan,
Boğularsan içində.
Sənsə, natəmiz insan,
Ayrılıqın köçündə.
Köçüb getmək zamanı,
Sənin kimilərinin.
Əskik olmaz dumanı,
Fikir gəmilərinin.
02.02.2019
Kayıt Tarihi : 7.2.2019 11:51:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/02/07/kimem-ben.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!