Göynəyirəm göyüm-göyüm,
Qaraya çevrilib göyüm.
Ahımdan yanar yer-göyüm,
Mən dərdimi kimə deyim.
Gecə-gündüz qəm içində,
Üşüyürəm nəm içində.
Kədərli bir dəm içində,
Mən dərdimi kimə deyim.
Bir xoş günüm,saatım yox,
Bir toyum,bir büsatım yox.
Sənsiz mənim həyatım yox,
Mən dərdimi kimə deyim.
Sənsiz dərmərəm laləni,
Doldurram qəm piyaləmi.
Eşidirsənmi naləmi,
Mən dərdimi kimə deyim.
Xatirələr həzin-həzin,
Qulağıma gəlir səsin.
Dərdi çoxdur sevən kəsin,
Mən dərdimi kimə deyim.
Kayıt Tarihi : 10.6.2018 15:57:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!