Məndən başqa kim duyacaq halını,
Kim soracaq “Alagözlüm, necəsən”
Kim öpəcək boynundakı xalını,
Kim deyəcək “Ay-ulduzlu gecəmsən”
Həsrətinin qollarına sərilib,
Hönkür-hönkür ağlamağım var mənim.
Vüsalımın gülü çoxdan dərilib,
Dəniz kimi çağlamağımvar mənim.
Üzə durub ikiüzlü simalar,
Axı necə sevdiyimi danım mən.
Az qalır ki üstüməcə cumalar,
Ayrılığın atəşində yanım mən.
Məhəbbətin qüdrətini bilməyən,
Nə duyar ki ilk sevginin əzabın.
Bircə dəfə göz yaşımı silməyən,
Gətiribdir yaz ömrümə xəzanı.
Səni məndən ayırana nə deyim,
Dilim gəlmir qarğışımı edim mən.
Heç bilmirəm son görüşə nə geyim,
Dayandırıb yağışını, gedim mən.
27.06.2019
Kayıt Tarihi : 6.7.2019 16:55:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!