Kim biler Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Kim biler

Kim bilər ki nədir qəlbdən keçənim,
Ay ölümü məndən əvvəl seçənim.
Baş götürüb bu dünyadan köçənim,
Bircə anlıq qayıt geri,barışaq.
Sevənlərin cərgəsinə qarışaq.

Bilirsənmi vəslin üzü yaman sərt,
Ayrılığın özü belə olar pərt.
Yolum üstdə dayanıbdır bir afət,
Deyən onun bəlasına düşmüşəm.
Bir əsarət qalasına düşmüşəm

Könül,sənin sirrini mən yaymadım,
Ürəyimin ağrısından doymadım.
Dərd üzünün maskasını soymadım,
Axıracan oynadı öz rolunu,
Yenə bizdən saldı qara yolunu.

Güneylərdə əlvan çiçək,gül dərdim
Quzeylərə bir dəmət də göndərdim.
Yenə mənim başıma kül əndərdi,
Nə zalımmış sultan dünya,xan dünya.
Damarımdan ağ rəngdə axan dünya.

Qulağımda hicrin səsi səslənər,
Buz qoynunda ilanları bəslənər.
Sözüm vardır mənim sevən kəslərə,
Sevginizin yollarında azmayın.
Məhəbbətdə heç zaman uduzmayın.

Doğrudan da demə on üç nəs imiş,
Mənə ayın otuz günü bəs imiş.
Dabanından soyulsa da Nəsimi,
“Ənəlhəq”dən,uca həqdən dönmədi,
Günəş oldu,alovlanıb sönmədi.

Sevən ürək eşqin odunda yanar.
Sevməz olsa bir gün qəfil dayanar.
Ay gec batar,günəş erkən oyanar.
Zülmət gedər,nurla dolar gündüzlər.
Sərgiləyər neçə əlvan gül,düzlər.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 15:34:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu